Qadin.NET / Droqbanın transfer söhbətləri qollarından çox oldu

Droqbanın transfer söhbətləri qollarından çox oldu


Droqba: "İngiltərə klublarından təkliflər göndərilib"
"Qalatasaray"ın futbolçusu Didye Droqbanı İngiltərənin bir neçə klubu transfer etmək istəyir.

Qol.Az-ın eurosport.com-a istinadən yaydığı xəbərə görə, kotdivuarlı hücumçu deyib ki, bəzi Premyer Liqa klublarından ona təklif göndərilib. Ancaq Droqba yalnız "Çelsi"dən təklif gələcəyi təqdirdə, Premyer Liqaya qayıtmağı düşünür:

"İngiltərənin bir neçə klubundan təkliflər gəlib. Mən isə yalnız "Çelsi"də oynaya bilərəm. Bu klubda yenidən çıxış etməyi çox istəyirəm".

Qeyd edək ki, mövsümün sonunda "Qalatasaray"la müqaviləsi bitəcək Droqbaya İstanbul təmsilçisinin bu ayın axırında son təklif göndərəcəyi gözlənilir.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK