“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a daxil olan məlumata görə, Olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə, “Şimal DRES” qazpaylayıcı stansiyasında “Sənaye” və “Əhali” kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar isə saat 18:00-dək Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Mənbə:Milli.Az