Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ nümayəndələr palatasının sədri Con Boner və bərabərindəki heyəti qəbul edib.
Anspress-in xəbərinə görə, görüş vaxtı yerli və beynəlxalq bir çox məsələ müzakirə olunub.
Məlumata görə, Türkiyə baş naziri görüş vaxtı diqqəti əsasən 1915-ci il hadisələri və qondarma erməni “soyqırımı” iddialarına cəlb edib. Türkiyənin bu məsələyə böyük həssaslıqla yanaşdığını deyən Ərdoğan bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsiri olmamasına diqqət edilməsinin vacibliyini vurğulayıb.
Palatanın sədri isə bu məsələnin tarixçilər tərəfindən müzakirə olunmasının daha düzgün olacağını deyib.
Bundan başqa, tərəflər Ukraynada və Suriyada baş verən hadisələr barədə danışıb və bu istiqamətdə fikir mübadiləsi aparıblar.
Xüsusilə Ukraynada meydana gələnlərin qayğıverici olduğunu deyən Ərdoğan Türkiyə olaraq Krım tatarlarının vəziyyətini yaxından izlədiklərini, Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, görüşdə AKP-dən olan bəzi millət vəkilləri, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və ABŞ-ın Türkiyədəki səfiriFransis Rikkardone də iştirak ediblər.
Mənbə:Milli.Az