Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

1992-ci ildə Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurub

Milli.Az anspress-ə istinadən aprelin 16-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 16 aprel 2014
Hicri: 16 cəmadiyəl-axır 1435

İlin 106-cı günü
İlin sonuna 259 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.45
Günəş - 06.59
Zöhr - 13.44
Əsr - 18.00
Məğrib – 20.35
İşa – 21.59

69-cu ildə 7-ci Roma imperatoru Mark Salvi Oton vəfat edib.

1867-ci ildə amerikalı aviakonstruktor Uilber Rayt dünyaya gəlib.

1889-cu ildə ingilis aktyoru Çarli Çaplin dünyaya gəlib.

1906 - "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

1916 – Məşhur bəstəkar Qəmbər Hüseynli anadan olub.

1917-ci ildə Vladimr İliç Lenin sürgündə olduğu İsveçrədən Rusiyaya qayıdıb və sosialist inqlabının başladılması üçün çağırışlara başlayıb.

1927-ci ildə Roma Papası XVI Benedikt anadan olub.

1934-cü ildə azərbaycanlı bəstəkar Ramiz Mirişli anadan olub.

1945-ci ildə sovet ordusu Berlinə daxil olub, Berlin müharibəsi başlayıb.

1977-ci ildə türk aktrisası Ceyda Düvenci anadan olub.

1988-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) ikinci komandiri Əbu Cihad İsrail əsgərləri tərəfindən öldürülüb.

1992-ci ildə Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurub.

1993 - Kəlbəcərin işğalı ilə bağlı respublikada hərbi və ictimai-siyasi vəziyyət gərginləşib. Hakimiyyətdaxili ixtilaf zəminində İsgəndər Həmidov daxili işlər naziri vəzifəsindən istefa verib, bu posta Abdulla Allahverdiyev təyin olunub.

2003 - İstanbuldakı yunan-pravoslav kilsəsinin (Bizans dövründə dünya pravoslavlığının mərkəzi) rəhbəri, patriarx I Varfolomey Azərbaycana səfərə gəlib. Patriarx prezident Heydər Əliyevlə görüşdə Azərbaycanda dini tolerantlıqla bağlı şəraitə heyran olduğunu bildirib. Dini lider Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin duşmuş məcburi köçkünlərə də baş çəkib.

2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü oldu. Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan "Praqa prosesi" start götürdü. 

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK