ABŞ Nümayəndələr Palatasının üzvü, xarici əlaqədar komitəsinin sədri Ed Roys qanunverici orqanın işində ikihəftəlik fasilədən istifadə edərək kiçik bir heyətlə Ukraynanın ən qeyri-sabit regionlarına, o cümlədən Azərbayca və Ermənistana səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın “Orange Country Register” portalı yazıb.
Ed Roysun sözlərinə görə, nümayəndə heyəti, həmçinin yüksək vəzifəli dövlət və şəhər məmurları ilə gələcək məsələlərin öyrənilməsi, Ukraynanın şərq sərhəddində Rusiyanın hərbi qüdrətinin artırılması, dünya enerjisi və İranla bağlı görüşəcək.
“Ukrayna böhran içindədir və ABŞ onun hökumətini Rusiya işğalına qarşı möhkəmlətmək üçün əlindən gələni etməlidir” - deyə Roys bildirib.
“ABŞ-ın energetika və regional təhlükəsizlik sahəsində Azərbaycanda maraqları var”,-deyə Roys qeyd edib.