Qadin.NET / Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?

Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?

Vəfat etmiş ananın da qəza namazlarını və qəza oruclarını böyük oğul yerinə yetirməlidir?
Milli.Az İslam.az-a istinadən bildirir ki, vəfat etmiş ananın qəza namaz və orucları barədə müctəhidlər qəti fətva verməmiş, adətən ehtiyat buyurmuşlar. Mərhum Ayətullahül-üzma Lənkərani vacib ehtiyata görə, ananın qılmadığı namazların və tutmadığı orucların qəzasını yerinə yetirməyi böyük oğula vacib bilirdi. 

Mərhum Ayətullahül-üzma Təbrizi bunun vacib olmadığını bildirir, amma buyururdu ki, daha yaxşı olar oğul ananın qılmadığı namazları qəza etsin. Ayətullahül-üzma Sistani də eyni fikirdədir. Ayətullahül-üzma Məkarim Şirazi ehtiyati-müstəhəbə görə, ananın həm namaz, həm də oruclarını qəza etməyi böyük oğula vacib bilir.
 
Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK