Qadin.NET / Apple bazarı öyrənir

Apple bazarı öyrənir

Apple şirkəti marketinq kommunikasiyası üzrə ikinci mütəxəssisi işə götürüb. Advertising Age nəşri yazır ki, yeni mütəxəssis Wolff Olins reklam agentliyinin keçmiş baş direktoru Karl Xeyselman olub.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşrin nümayəndələri hesab edir ki, Apple rəqəmli marketinq üzrə mövqeyini möhkəmləndirməyə çalışır, belə ki, Amerika şirkəti bu istiqamətdə Samsung mütəxəssislərinin genişmiqyaslı işi ilə üz-üzə gəlir. Bundan başqa, əvvəllər KİV-də getmiş məlumatlara əsasən, şirkətin marketinq üzrə baş vitse-prezidenti Filipp Şiller Media Arts Lab reklam agentliyi ilə əməkdaşlığın nəticəsindən narazı olub. Başqa məlumata görə, Apple marketinq bölməsinin ştatını 300-dən 600-dək artıra bilər.
 
Xatırladaq ki, Xeyselman 1990-cı illərin əvvəllərində Apple şirkəti ilə əməkdaşlıq edib.
 
Mənbə:Milli.Az

 

16 aprel 2014
GO BACK