Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Aprelin 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 7-10°, gündüz 18-23° isti, Bakıda gecə 8-10°, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-80 , gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında,
 əsasən, səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.


Temperatur gecə 7-12°, gündüz 20-25° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.


Temperatur gecə 2-7°, gündüz 11-16° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
 hava, əsasən, yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.


Temperaturun gecə 8-12°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 5-10°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 7-12°, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 8-12°, gündüz 17-22° isti, dağlarda gecə 6-8°, gündüz 10-15° isti təşkil edəcək. 

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK