Jurnalistika sahəsində dünyanın ən nüfuzlu mükafatı olan "Pulitser" mükafatının laureatları məlum olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Amerikanın "Washington Post" "Guardian US" qəzetləri Edvar Snouden haqqında yazılarına görə ali mükafata layiq görülüblər.
Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşının ifadələri ABŞ-ın milli təhlükəsizlik agentliyi ətrafında böyük qalmaqallara səbəb olmuşdu. Həmin məqalələrdən sonra prezident Barak Obama xüsusi xidmət orqanlarının fəaliyyətinə yenidən baxmalı olub.
Mənbə:Milli.Az