"Gələn həftədən Bakıda küçə reklamları və afişaların ədəbi dilin tələblərinə uyğun tərtib edilib-edilmədiyini araşdırmaq üçüm növbəti monitorinqlərə başlanacaq".
Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyevdeyib.
Onun sözlərinə görə, Bakı şəhəri böyük olduğundan bir müddət bundan əvvəl keçirilən ilk monitoqinlər zamanı paytaxdakı bütün küçə reklamları və afişalarla bağlı vəziyyəti araşdırmaq mümkün olmayıb. Bu monitorinq də tamamlandıqdan sonra şəhərdəki reklam və aşifalarla bağlı rəylər toplanacaq və onun əsasında tövsiyələr hazırlanacaq.
İşçi qrupu Bakı şəhərində monitorinqi başa çatdırdıqdan sonra bu tədbirlərin regionlarda davam etdirilməsi planlaşdırılır.
Mənbə:Milli.Az