Qadin.NET / 4 qollu, 4 ayaqlı uşaq doğuldu - FOTO

4 qollu, 4 ayaqlı uşaq doğuldu - FOTO



Çinin Qaundun vilayətindəki Hueyçjou şəhərində qəribə uşaq doğulub. Körpənin 4 qolu və 4 ayağı var.

Milli.Az Yangcheng Evening News-a istinadən bildirir ki, Heyçjou şəhər hospitalından verilən məlumata görə, ana bətnində parazit əkizinin bədəninə birləşməsi nəticəsində qolları və ayaqlarının sayı normadan iki dəfə artıq olan uşağın sağlıq durumu indi nisbətən normaldır.

Çəkisi təqribən 3 kq olan uşağın əlavə ayaqlar və qollardan qurtulması üçün cərrahiyyə əməliyyatı hazırlanır.
Əməliyyat bu gün keçirilməlidir.

Quançjou Ana və Uşaq Səhiyyəsi Mərkəzinin baş cərrahı Yu Çjiahanın dediyinə görə, bu uşağın anasının bətnində əkizlər olub: "Əkiz qardaşlardan birinin inkişafı dayanıb və o, digər qardaşın vücudunun parazit əlavəsinə çevrilib. İndi problemi həll etməyə hazırlaşırıq. Hər şey yaxşı olacaq".

Mənbə:Milli.Az
16 aprel 2014
GO BACK