Qadin.NET / "Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama

"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama


Karles Puyol: "Əvvəlki formama qayıtmağım çox çətindir"
"Barselona"nın futbolçusu Karles Puyol Kataloniya klubundan ayrılmaqda qərarlıdır.

Milli.Az xəbər verir ki, qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi Kataloniya təmsilçisində qalacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib ki, fikrini dəyişməyib. O, daha öncə açıqladığı kimi mövsümün sonunda "Barsa"dan ayrılacaq:

"Komandaya kömək edə bilsəydim, burada qalardım. Amma yenidən əvvəlki formama qayıtmağım çox çətindir. Gələcək futbolçu karyeram haqda başqa heç nə söyləyə bilmərəm. Çünki klubdan ayrıldıqdan sonra nə edəcəyim barədə qərar verməmişəm".

Mənbə:Milli.Az

15 aprel 2014
GO BACK