Bakıda 31 may - 1 iyun il tarixində "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" beynəlxalq konfransı keçiriləcək. Plastik Cərrahiyyə İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin Azərbaycan Tibb Universiteti və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssisləri ilə yanaşı, yerli mütəxəssislər də iştirak edəcəklər. Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
İki gün davam edəcək konfrans Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Kilinikasında keçiriləcək. Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaq. Konfransda iştirak etmək istəyənlər qeydiyyat formasını doldurub, [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Mənbə:Milli.Az