Qadin.NET / Azərbaycanda havanın temperaturu yüksəlir

Azərbaycanda havanın temperaturu yüksəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 21-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Mənbə: Milli.Az

15 aprel 2014
GO BACK