Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində rəsmi orqanlar tərəfindən 11,3 min nikah və 1,9 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafıq dövrü ilə müqayisədə nikahların sayı 6,9-dan 7,5-ə kimi artıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 533 nəfər gələn və 129 nəfər ölkədən gedən qeydə alınıb.
Mənbə: Milli.Az