Qadin.NET / Bakı sakinlərini sevindirəcək xəbər

Bakı sakinlərini sevindirəcək xəbər

 

Bakı sakinlərini sevindirəcək xəbər

 

Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən “Bazarstor” ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol artıq açılıb. 
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə prospektin əsas yolu dünən etibarən bağlanmışdı.
Artıq işlər bu gün səhər saatlarınadək görülüb qurtardığından əsas yol açılaraq istifadəyə verilib.
Qeyd edək ki, bu gün axşam saat 22:00-dan etibarən isə üfüqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq.

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK