Qadin.NET / Ərdoğan ermənilərə qarşı hücuma hazırlaşır

Ərdoğan ermənilərə qarşı hücuma hazırlaşır

 

Ərdoğan ermənilərə qarşı hücuma hazırlaşır

 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı barədə qətnamə layihəsini qəbul etməsindən sonra Türkiyə də buna qarşı addım atmağa qərar verib.
ANS PRESS-in xəbərinə görə, 1915-ci il hadisələrinin 100-cü ildönümündə ortaya atılan qondarma erməni soyqırımı layihəsi ilə bağlı Türkiyədə nazirlər heyəti tərəfindən xüsusi bir qrup yaradılaraq, siyasi sahədə erməni diasporasının tezislərinə qarşı işlər görüləcəyi bildirilir.
Baş nazir Ərdoğanın baş müşaviri İbrahim Kalının rəhbərliyində yaradılan xüsusi qrupun səyləri ilə 1915-ci il hadisələri ilə əlaqədar dünya səviyyəsində forumlar, konfranslar və yığıncaqlar təşkil ediləcək və əslində həqiqətin nə olduğu izah ediləcək. 
Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkə xaricində olan nüfuzunun bu mövzudakı işlərdə böyük üstünlük təmin edəcəyi düşünülür.

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK