Rusiya Federasiyasının ərazisində yaşayan miqrantlar rus ordusunda xidmət etmək üçün Rusiya hökümətinə muraciət edib.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiyası miqrantları adından məlumat yayılıb. Sənəddə bildirilir ki, miqrantlar artıq ətrafda baş verən hadisələrə müşahidəçi kimi çıxış edə bilmirlər və hesab edilər ki, Qərb hökmranlığını gücləndirmək məqsədilə beynəlxalq ictimaiyyətə aqressiv təzyiq edir.
Hesabat müəlliflərinin fikrincə, dini mənşəyindən asılı olmadan Rusiyada yaşayan xalqlar bu ölkəni qorumalıdır.
"Bu gün Rusiyada yaşayan milyonlarla SSRİ-nin keçmiş vətəndaşları, Rusiya Federasiyasının silahlı qüvvələrində xidmət etməyə, olkənin müdafiəsində iştirak etməyə hazırdırlar", - deyə Rusiya Federasiyası Miqrantlarının prezidenti Məhəmməd Əmin bildirib.
Mənbə: ANS PRESS