Qadin.NET / Gilas qızıl qiymətinə satılır

Gilas qızıl qiymətinə satılır

 

Gilas qızıl qiymətinə satılır

 

İzmirdə vaxtından bir ay əvvəl yetişdirilən "şimal yarımkürəsinin ilk məhsulu" olaraq adlandırılan gilas İstanbulda satışa çıxarılıb.
ANS PRESS-in xəbərinə görə, İstanbulun Bayrampaşa tərəvəz və meyvə bazarına gətirilən gilas İstanbulda kiloqramı 120-200 lirəyə (44-74 manat arası) alıcıların yolunu gözləyir.
İstixanada yetişdirilən və tez satışa çıxarıldığı üçün bazar dəyəri yüksək olan gilas şəhərdəki kiçik dükanlara, marketlərə və bazarlara paylanır.
Gilas bahalı olduğu üçün 100, 200, 250 qramlıq paketlərdə satışa çıxarılır. Vaxtından əvvəl meyvənin satışda olduğunu görən əhali təəccübünü gizlədə bilmir. 
Məlumat üçün bildirək ki, Türkiyədə əsasən xeyir işlərdə nəmər kimi istifadə olunan 1.7 qramlıq "Çeyrek" qızılın qiyməti təxminən 150 lirədir (55 manat).

Mənbə: ANS PRESS

15 aprel 2014
GO BACK