
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin əvvəlində Niderland hökuməti piratların fəaliyyəti nəticəsində yaranan itkiləri kompensasiya etməyə çalışaraq yazılan CD və DVD-lərə, sərt disk və yaddaşı quraşdırılmış elektron qurğulara (smartfon, kompüter, pleyer və s.) yüksək vergilər tətbiq edib. Ödənişlərin məbləği elektronika üçün 5 avro, CD və DVD disklər üçün 3 sent təşkil edib.
Lakin sonradan Avropa Məhkəməsi elektron qurğu alıcılarının heç də hamısının pirat olmamasını əsas gətirərək bu vergilərin qanuna ziddiyyət təşkil etməsi və ədalətsiz olması barədə qərar çıxarıb. Niderland Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyi Avropa İttifaqının yuxarı instansiya məhkəməsinin sübutlarını nəzərə alaraq bütün pirat kontenti qanundan kənar elan edib.
Niderlandda diqqətin ayrı-ayrı piratlara deyil, lisenziyasız film və musiqi yayan internet resurslarına yönəldiləcəyi nəzərdə tutulur.
Mənbə:Milli.Az