Daimi nikahla müvəqqəti nikahın əsas oxşar və fərqli cəhətləri hansılardır?
Milli.Az İslam.az-a istinadən bildirir ki, daimi nikahla müvəqqəti nikahın (buna “mütə” və ya “siğə” deyirlər) bəzi oxşar və fərqli cəhətləri vardır. Oxşar cəhətlərdən biri – bunların hər ikisində mehr (mehriyyə) təyin edilməsidir. Kəbin oxunarkən kişinin qadına verməli olduğu pulun və ya malın miqdarı dəqiqləşdirilir. Daimi nikahda mehr konkret təyin edilməsə də, nikah etibarlıdır; bu halda qadının mehriyyəsi onunla eyni səviyyədə olan başqa qadınların mehriyyəsinə, ya da ənənəyə uyğun götürülür. Mütə nikahında isə mehrin miqdarı konkretləşdirilməsə, nikah öz qüvvəsini itirir.
Mütə nikahında da iddə müddəti gözlənilməlidir. Daimi nikahda talaq iddəsinin müddəti üç heyz dövrüdürsə, mütədə bu müddət iki heyz dövrüdür.
Daimi nikahda olduğu kimi, mütə nikahından doğulan uşaq da atasının övladı sayilır və onun varisi olmaq hüququnu qazanır.
Hər iki nikahda məhrəmlik yaranır. Yəni kişinin atası (babası), oğlu (nəvəsi) qadına, qadının da anası (nənəsi) və qızı (nəvəsi) kışiyə məhrəm olur. Həmçinin, mütə müddətində qadının bacısı ilə evlənmək, yəni iki bacı ilə eyni vaxtda ailə qurmaq olmaz.
Mütə ilə daimi nikahın əsas fərqləri isə bunlardır:
Mütə nikahında ərlə arvad bir-birinin varisi olmurlar.
Daimi nikahda kişi qadının yaşayış xərclərini ödəməli olduğu halda, müvəqqəti nıkahda kişinin belə bir öhdəliyi yoxdur.
Mənbə:Milli.Az