"Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlaya bilər"Anspress-in məlumatına görə, bu barədə millət vəkili, Ukrayna xarici işlər naziri səlahiyyətlərini yerinə yetirən Danil Lubkivski bildirib.
"Bu gün biz, şərqi və cənubi Ukraynada gərgin vəziyyətin olduğunu görürük ", - deyə Danil Lubkivski qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyəti aradan qaldırmaq üçün diplomatik vasitələr tətbiq olunacaq, o cümlədən sərhədlər tamamilə bağlanacaq.
Mənbə:Milli.Az