Qadin.NET / Müsəlman təqviminin aylarının adı nədir?

Müsəlman təqviminin aylarının adı nədir?


Milli.Az İslam.az-a istinadən bildirir ki, müsəlman təqvimi dedikdə hicri-qəməri təqvim nəzərdə tutulur. Hicri-qəməri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən hesablanır. Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən istifadə edilir. Bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur. Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir. 

Ayların adı ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axır (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır (və ya cəmadiyüs-sani), rəcəb, şaban, ramazan, şavval, zilqədə və zilhiccə.
 
Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK