Qadin.NET / 3D ekranlı smartfon göstərildi

3D ekranlı smartfon göstərildi


Amazon şirkətinin istehsalı olacaq smartfonun ekranı üçölçülü təsvir (3D) texnologiyasını dəstəkləyəcək, yəni görüntünü xüsusi eynəksiz izləmək mümkün olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Wall Street Journal nəşrinin məlumatına görə, cari ilin ikinci yarısında dünyanın ən böyük internet riteyleri Amazon şirkəti üçölçülü təsvir texnologiyasını dəstəkləyən smartfonunu buraxmağa hazırlaşır. İstifadəçilər təsviri xüsusi eynəksiz görə biləcəklər.
 
Məlumata əsasən, Amazon şirkəti öz smartfonunu cari ilin iyununda nümayiş etdirəcək.
 
Amazon şirkəti məhsul və xidmətlərin internet üzərindən satışından başqa, həmçinin elektron kitabları oxumaq üçün Kindle və Kindle Fire cihazlarını istehsal edir.
 
Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK