Azərbaycanda orta məktəblərin builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək "Şagird-məzun" sisteminə daxil edilməlidir.
Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytına istinadən bildirir ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrinin qəbulu yalnız "Şagird-məzun" sisteminə daxil edilmiş məlumatlar əsasında təsdiq edilir.
Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə etməli və təsdiqləməlidirlər.
TQDK-dan bildirilib ki, indiyədək 203 906 buraxılış sinif şagirdinin 86,98 faizi haqqında məlumatlar sistemə daxil edilərək təsdiqlənib.
Mənbə:Milli.Az