Qadin.NET / Hündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir

Hündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir

Hündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir

Rusiyanın Lapino Kliniki Hospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar. Onların fikrincə, yastıdaban ayaqqabılardan ayaq barmaqlarının əyilməsi və onurğa yırtıqları əmələ gələ bilər. Hündürdaban ayaqqabılar isə sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır. Trend-in məlumatıan görə bu barədə Rusiya KİV xəbər verir.

Araçdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabıda gəzmək təhlükəsiz deyil. Bu, bir çox hallarda topuğun ( və ya hər iki topuğun) sınığı, pəncələrin çıxığı ( və ya burxulması) ilə müşaiyət olunur . Hündürdaban ayaqqabı geyinərkən tez-tez yıxılmalar baş verir ki, bu, baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmaları ilə nəticələnir.

Belə zədələnmələr uzunmüddətli, bəzən isə sınıqlar zamanı olduğundan daha zəhmətli və uzun müalicə tələb edir. Hündürdaban ayaqqabıların həvəskarları ağır cərrahi müdaxilə tələb edən topuğun müxtəlif ağırlıq dərəcəli deformasiyaalrından əzityyət çəkirlər.

Lakin həkimlər yastıdaban ayaqqabılara həddən artıq aludə olmağı da məsləhət görmürlər. Çünki belə ayaqqabılar ayağın alt hissəsinin köndələn-uzununa yastı olmasının, Axilles vətərində (baldır əzələlərinin dabana bağlı olan vətər) qeyri-normal dəyişikliklərin, tromboflebitin (venaların divarının iltihabı) inkişafına, baş barmağın, daha ağır hallarda isə bütün barmaqların əyilməsinə gətirib çıxarır.

Yastıdaban ayaqqabılar eyni zamanda bütün bədənin statik vəziyyətinə təsir edərək onurğanın əyilməsinə səbəb olur. Bu da öz növbəsində, onurğa yırtıqlarının formalaşması ilə nəticələnir.

Beləliklə məlum olur ki, hər gün istifadə etdiyimiz və geyimimizin əm mühüm atributlarından olan ayaqqabılarımızın düzgün seçimi orqanizmin sağlam olmasının başlıca amillərindən biridir.

Mənbə:trend.az

 

14 aprel 2014
GO BACK