Rusiya sosioloqları aktiv işləyən internet istifadəçiləri arasında aparılan sorğu zamanı aydınlaşdırıblar ki, kişi və qadın arasındakı hissləri maddi amil qədər heç nə möhkəmlətmir və maliyyə baxımından bərabər olmayan nikah artıq "risk amili"nə çevrilir. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.
Bu zaman arvadından olduqca az pul qazanan kişilər üçün daha çətin olur. Sosioloqların məlumatına görə, qadınların yalnız 45 faizi həyat yoldaşından az qazanan kişi ilə münasibət qura bilər.
Hər dörd rusiyalı qadından biri (25 faiz) qüvvə və vəsaitin belə bölüşdürülməsi ilə barışmır. Doğrudur, respondentlərin 30 faizi (1/3-dən azacıq aşağı) belə suala cavab olaraq nəzakətlə hesab edirlər ki, yaxşı insan olması kifayətdir, iş zamanla tapılacaq.
Kişilər özlərinə ailədə "əsas qazanan" rolunu götürməyə daha həvəslidirlər. Güclü cinsin nümayəndələrinin 90 faizi sosioloqlara bildiriblər ki, qadınların ailə ocağının qoruyucusu kimi qalmaqla "sancaq" pulundan daha çox pul qazanması tamamilə mümkündür. Yalnız yüz kişidən üçü (3 faiz) az qazanan "Zoluşka" ilə münasibət qurmaqda çətinlik çəkib. Daha 7 faiz isə buna birmənalı olaraq cavab verə bilməyib.
Sorğuya görə, qadınların 80 faizi, yəni mütləq əksəriyyəti daha çox pul qazanan kişi ilə münasibət qura bilərlər. Onların fikrincə, belə qeyri-bərabərlik izdivacı yalnız möhkəmləndirir. Və zərif cinsin nümayəndələrinin cəmi 4 faizi onlardan xeyli çox pul qazananlarla yaxından ünsiyyət qurmağa hazır deyillər.
Lakin rəyi soruşulan kişilərin 61 faizi özlərindən xeyli çox pul qazanan qadınlarla münasibət qurmağı normal hesab edir. Onların fikrincə, əsas pul deyil, qarşılıqlı hisslərdir: "Həyat pulla ölçülmür". Budur, güclü cinsin nümayəndələrinin 14 faizi isə "daha varlı qadınla" evlənməzdilər.
Rusiyalı qadınların 35 faizi onlardan az qazanan kişilərlə münasibət qurmaqda real təcrübəyə malikdirlər. 49 faizi beləsini xatırlamır. "Qazanclı" kişilərlə izdivaca qadınların 42 faizi nail olub. Sorğu zamanı məlum olub ki, kişilərin cəmi 53 faizi öz həyat yoldaşlarından daha çox qazanır.
Mənbə:trend.az