Qadin.NET / Azərbaycanlı gimnast Dünya Kuboku mərhələsində 4-cü oldu

Azərbaycanlı gimnast Dünya Kuboku mərhələsində 4-cü oldu


Azərbaycanlı gimnast Marina Durunda İtaliyanın Pezaro şəhərində keçirilən Dünya Kuboku mərhələsində dördüncü yeri tutub. Milli komandanın lideri dörd finalın hamısında iştirak edib. Ən yaxşı nəticəyə isə ona dördüncü yeri qazandıran gürzlərlə hərəkətlərdə nail olub. 

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

O, topla kompozisiyada beşinci, halqa ilə altıncı, lentlə isə səkkizinci finalçı olub.

Səbinə AbbasovaSiyana VasilyevaAliyə PaşayevaDiana Doman,Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri üzrə komanda finalda 10 gürzlə altıncı, 3 top və 2 lentlə hərəkətlərdə isə səkkizinci olub.

Yuniorlar arasında yarışlarda Jalə Piriyeva halqa ilə hərəkətlərə görə dördüncü yeri tutub, topla hərəkətlər isə ona beşinci yeri qazandırıb. Bu zaman Züleyxa İsmayılova lentlə hərəkətlərlə beşinci, gürzlərlə isə altıncı olub.

Bu arada Portuqaliyada batut və tamblinqdən tullanma üzrə Avropa çempionatı başa çatıb. Avropa yarışında ilk dəfə çıxış edən Oleq Piunov vəRuslan Ağamirov 66 iştirakçı arasında müvafiq olaraq 22-ci və 32-ci yerləri tutublar, Sabina Zaytseva isə 46 idmançı arasında 24-cü olub. Həmçinin belə yarışlarda ilk dəfə çıxış edən gənc tamblinqçi Türkel Üzeyirli 23-cü yeri tutub.

Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK