Qadin.NET / Qaçqın qadın 4 gündür ağacda yaşayır - FOTO

Qaçqın qadın 4 gündür ağacda yaşayır - FOTO


Almaniyanın paytaxtı Berlində çox qəribə etiraz aksiyası davam edir. 
Sudandan qaçqın olan Napulr Lanqa adlı qadın Almaniyada siyasi qaçqın statusu və siyasi sığınacaq almaq üçün artıq 4 gündür ağacdan düşmür.
Milli.Az AHT-yə istinadən bildirir ki, 3 metr hündürlükdə, budaqların arasında "yaşayan" Lanqa adyala bürünərək "Aşağı düşməyəcəyəm" deyir.
Polis ağaca kimsənin yaxınlaşmasına icazə vermir.
Sudanlı qadını nə qədər dilə tutsalar da, aşağı enmir.
Polisdən verilən məlumata görə, 4 sutkadan bəri ağacda qalan qadının vəziyyəti pisləşərsə, onu zorla aşağı endirəcəklər.
Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK