Qadin.NET / Ukrayna Krımı suzuzluqla sınağa çəkir

Ukrayna Krımı suzuzluqla sınağa çəkir


Kiyev Krımın suyunu kəsdi
Rəsmi Kiyev Şimali Krım kanalı ilə axan suyun miqdarını üç dəfə azaldıb. Milli.Az "Krıminform"a istinadən xəbər verir ki, bu barədə Krımın baş nazirinin vüavini Rüstəm Temirqaliyev bildirib. 

Onun sözlərinə görə, həmin kanalla saniyədə 50 kubmetr su axırdı. İndi isə saniyədə 16 kubmetr su verilir. 

Temirqaliyev deyib ki, Krıma gələn suyun bağlanması barədə göstərişi Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Andrey Sençenkoverib. 

Qeyd edək ki, ötən ay Krım öz müstəqilliyini bəyan etdikdən sonra  Rusiya Federasiyasının tərkibinə keçib. Rəsmi Kiyev və bir çox dünya ölkələri bu addımı Krımın Rusiya tərəfindən işğalı adlandırıb. 

Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK