Azərbaycan vətəndaşları ölkəyə gətirilən mobil cihazları təkcə kağız deyil, həm də elektron formada qeydiyyata ala biləcəklərAzərbaycan Nazirlər Kabinetinin qərarı ilə "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nda dəyişikliklər edilib.
Trend-in məlumatına görə, dəyişikliklər bazar ertəsi rəsmi mətbuatda dərc edilib.
Dəyişikliklərə görə, bundan sonra GSM standartından olan mobil cihazı "Elektron hökumət" portalının köməyi ilə qeydiyyatdan keçirmək mümkün olacaq. Bu, "Elektron hökumət" portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə, mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetirilir. Bundan sonra sistem tərəfindən verilən məlumatın və sənədin yoxlanılması həyata keçirilir və IMEI-şifrənin cihazın "ağ" və ya "qara" siyahısına daxil edilməsi barədə qərar qəbul edilir.
Bundan başqa, daha bir dəyişiklik üç iş günündən iki iş gününədək azaldılan bu yoxlamanın müddətinə də aiddir.
Digər dəyişiklik kimi, qaydada 5.7 bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: "mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin İMEİ nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə "bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur" qısa mesajı da göndərilir.
Azərbaycanda mobil telefonların IMEI-şifrələrin məlumat bazasında 13 milyondan artıq mobil telefon qeydiyyata alınıb.
Mobil telefonlarla yanaşı, sistemə GSM standartlı (naviqatorlar, məişət texnikası və digərləri) cihazlar daxildiir.
Mənbə:Milli.Az