Qadin.NET / Goranboyda qeyri-adi buzov dünyaya gəldi

Goranboyda qeyri-adi buzov dünyaya gəldi


Goranboy rayonunun Qazaxlar kənd sakini Əhməd Cabbarovun təsərrüfatında inək 2 başı, 3 qulağı, 4 gözü, 2 ağzı olan buzov balalayıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Əhməd Cabbarovun dediyinə görə, uzun illərdir heyvandarlıqla məşğul olur. Lakin indiyədək belə halla rastlaşmayıb. 

Goranboy rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov da bunun nadir hal olduğunu deyir : “Bu rüşeym dövründə baş verən pozuntular, anamaliya hadisələridir. Heyvanda bütün orqanlar normaldır. Sadəcə, iki başı bitişikdir. Hər iki başın isə bir qida borusu var. Bir başa nəsə yedirtdikdə digər başın ağzından tökülür”.

Buzov iki başını ayaqları üstündə saxlaya bilmədiyi üçün qidalanması çox çətindir. Bu səbəbdən buzovun uzun müddət yaşama ehtimalı yoxdur.

Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK