Bakıda böyük bir ərazinin taleyi qaranlıq olaraq qalıb. Binəqədi rayonunda, metronun “Azadlıq prospekti” stansiyanın ətrafında böyük bir ərazi hasara alınıb. Milli.Az xəbər verir ki, hasarlanmış ərazidə qazıntı işləri aparılsa da, orada nəyin tikiləcəyi məlum deyil.
Həmin ərazidə hasarlanma işlərinə xeyli müddət əvvəl başlanıb. Əvvəlcə kiçik ərazi, sonra isə bütün sahə dəmir lövhələrlə bağlandı.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin mövqeyini az sonra oxuculara təqdim edəcəyik.
Gülər
Mənbə:Milli.Az