Qadin.NET / İran Rusiyanı arxadan vuracaq?

İran Rusiyanı arxadan vuracaq?

İran Avropanın yeni qaz təchizatçısı ola bilər. Bununla belə, İranın bu məsələdə Rusiya ilə rəqabət aparmaq niyyəti yoxdur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə İranın sənaye, təbii sərvətlər və ticarət naziri Məhəmməd Rza Nemətzadə bildirib. 
"İran Avropanın uzunmüddətli, təhlükəsiz və etibarlı tərəfdarı ola bilər. Gələcəkdə biz beynəlxalq qaz bazarında böyük rol oynamaq istəyirik", - nazir Almaniyanın Handelsblatt qəzetinə müsahibəsində bildirib. 
Qəzetin məlumatına görə, hazırda İran ölkənin cənubundan şimalına - Türkiyə sərhədlərinə qədər qaz xətti çəkir. Buradan mavi yanacaq Avropaya da ixrac oluna bilər. 
Bununla belə, Məhəmməd Rza Nemətzadə qeyd edib ki, İran Rusiyanın rəqibi olmaq niyyətində deyil. 

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK