Qadin.NET / Məşhurların məktəb illəri

Məşhurların məktəb illəri

Onlar orta məktəb illərində təhsillərində və davranışlarında ən axırıncı sıralarda dayansalar da, sonradan dünyanın məşhurlarına çevriliblər. Bu məşhurların həyatına nəzər yetirəndə belə qənaətə gəlmək olar ki, insanın gələcək həyatı heç də onun bünövrə saydığımız orta təhsilindən asılı deyil.
Milli.Az Modern.az saytına istinadən məşhurların məktəb illəri haqda yazını təqdim edir.
Dahi rus şairi Puşkin orta təhsil alarkən həmyaşıdları arasında ən zəif şagird sayılıb. Təhsilə qarşı heç bir marağı olmayan gələcəyin dahisi hətta riyaziyyat dərsi keçiləndə ağlayırmış. Orta təhsil haqqında şəhadətnamə verilərkən qiymətlər səviyyəsinə görə o axırdan ikinci yerdə olub.
20-ci əsrin görkəmli şairi Mayakovski orta təhsil illərində o qədər zəif oxuyub ki, müəllimləri ondan ev tapşırıqlarını yerinə yetirib-yetirmədiyini belə soruşmayıblar. Çünki bu sorğunun mənasız olduğunu biliblər. Gələcəyin məşhuru o qədər zəif olub ki, “Anna Karenina” romanını da sona qədər oxuya bilməyib.
Dünyalarca məşhur olan ingilis fiziki, riyaziyyatçısı, astronomu Nyuton sinifdə ən geridə qalan şagird olub. Bu geriliyə görə yaxın dostu onu bir dəfə yaxşıca əzişdirib. Aldığı dost kötəklərindən nəticə çıxaran Nyuton qısa müddətdən sonra birincilər arasında yer alıb.
Nobel mükafatı laureatı Eynşteyn orta təhsil alarkən o qədər zəif oxuyub ki, həm valideynləri, həm də müəllimləri ondan əllərini tamamilə üzüblər. Çoxları elə düşünüb ki, Eynşteyndən gələcəkdə, çətin ki, normal adam çıxar. Ancaq Eynşteyn həmin insanların fikirlərini alt-üst etməyi bacarıb.
Dünyanın sevdiyi alman bəstəkarı Bethoven orta təhsil alarkən elə bir fənn olmayıb ki, heç olmasa bir az fərqlənsin. O yazarkən o qədər səhvlər buraxıb ki, bu səhvləri düzəltməkdən müəllimləri də beziblər. Təhsilinin sonuna kimi isə gələcəyin görkəmli bəstəkarı ən adi bölmə və vurmanı öyrənə bilməyib.
Fransa imperatoru, görkəmli sərkərdə Napoleon da ilk təhsilində “qəhrəmanlıq” göstərə bilməyib. Bütün fənlərdən geri qalan sərkərdə haqqında müəllimləri heç də müsbət fikirdə olmayıblar. O yalnız riyaziyyatı sevib və bu fənn üzrə fərqlənib.
Almaniya imperiyasının birinci kansleri Bismark nəinki təhsilində, gənclik illərində işlədiyi yerlərdən də qovulub. Ancaq buna baxmayaraq o alman tarixində ən böyük şəxsiyyətlərdən biri kimi qalıb.
18-ci əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Volter təhsil illərində yalnız zəif biliyə malik bir gənc kimi yadda qalıb. Atası onun küt böyüməsindən çox narahat olub və şikayətlənərək deyib ki, mən evdə bir axmaq böyüdürəm.
Klassik rus ədəbiyyatının ən yaС…şı nümunələrini yaradan Çexovun orta təhsil illəri isə daha acınacaqlı olub. O gimnaziyada təhsil alarkən iki dəfə sinifdə qalıb. Ancaq orta təhsil alarkən zəif oxumasına baxmayaraq Çexov gələcəkdə böyük şöhrət qazanıb. 

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK