Qadin.NET / Azərbaycanda havanın temperaturu yüksəlir

Azərbaycanda havanın temperaturu yüksəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-çə bildirib ki, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Azərbaycanın bölgələrində aprelin 15-də əksər rayonlarında hava yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK