Qadin.NET / Sabah Ay tutulacaq

Sabah Ay tutulacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Ay tutulması aprelin 15-də Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq.Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisəni Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Ay tutulması Avstraliya, Sakit Okean və Amerikada müşahidə ediləcək.Qeyd edək ki, ikinci Ay tutulması oktyabrın 8-də olacaq. Aprelin 29-da ilk, oktyabrın 24-də isə ikinci Günəş tutulması baş verəcək.

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK