Qadin.NET / "Google" Krımı Rusiyaya verdi

"Google" Krımı Rusiyaya verdi

Dünyanın ən böyük axtarış sistemlərindən olan “Google” Krımı Rusiyaya verdi.Anspress-in xəbərinə görə, “Google”un xəritə xidməti göstərən “Maps” tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib.Qəribədir ki, bu sadəcə “Google”un rus səhifəsində belədir.Digər dillərdə olan xəritələrdə isə Ukrayna ilə Krımı ayıran xətt kəsik-kəsik göstərilib.Qeyd edək ki, “Google” analoji “əliaçıqlığı” Abxaziya üçün göstərməyib. Çünki Abxaziya ilə Gürcüstan arasındakı sərhəd hələ də qırıq-qırıq xətlə göstərilir.

Mənbə: Milli.Az

14 aprel 2014
GO BACK