Qadin.NET / Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO

Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO

Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO

İngiltərədə 2008-ci ildə süni mayalanma yolu ilə üçəmlərə hamilə qalanNikola Brayti bətnindəki embrionlardan sadəcə, ikisini doğmaq niyyətində olduğunu demişdi.

Gələcək ananın bu qərarından sonra Nottingemşirdəki "CARE Fertility" klinikasında üçüncü embrion dondurulmuşdu.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2008-ci ilin noyabrında Kinqs Linndəki "Queen Elizabeth Hospital"da əkiz oğulları Deniel və Ceymsi dünyaya gətirən 35 yaşlı N.Braytinin dediyinə görə, ötən il əri Kevin ilə daha bir övlad sahibi olmaq qərarına gəldiklərini deyib.

Dondurulmuş 3-cü embrion bu minvalla qadının bətninə yerləşdirilib və əkiz qardaşların bacısı, üçəmlərin üçüncüsü olan Elizabet doğulub.

"Üç övladımın üçəm olduqlarını deyəndə kimsə mənə inanmır. Halbuki Elizabet doğulanda həkimlər də dedilər ki, qızım əkiz qardaşları Deniel və Ceymsin tam bənzəridir", - İngiltərənin Kembricşir qraflığındakı Uisbeç şəhərində yaşayan Nikola Brayti deyib.

Onun sözlərinə görə, süni mayalanma yolu ilə üçəmlərin doğulması 20 min funt-sterlinqə başa gəlib.

Mənbə:Milli.Az 

14 aprel 2014
GO BACK