Qadin.NET / İnsanı alkoqolizmdən xilas edən birləşmə tapılıb

İnsanı alkoqolizmdən xilas edən birləşmə tapılıb

İnsanı alkoqolizmdən xilas edən birləşmə tapılıb

Alimlər qəbul edilən spirtli içkinin həcmindən asılı olmayaraq, ayıq qalmağa, adətən bərk sərxoşluqdan sonra yaranan süstləşməni neytrallaşdırmağa və alkoqol asılılığından xilas olmağa imkan verən birləşmə tapıblar. Trend-in məlumatına görə, bu barədə "New Scientist" jurnalı yazır.
Tədqiqatçılar diqqəti Çində bitən konfet ağacının (Hovenia dulcis) cövhərinin tərkibinə cəmləşdiriblər. Heyvanlar üzərində aparılan tədqiqat zamanı məlum olub ki, həmin birləşmə qanda alkoqolun qatılığına baxmayaraq, beyni zəhərlənmədən qoruyur. Kaliforniya Universitetinin farmakoloqu Lyan Sizin sözlərinə görə, yaxın vaxtlarda həmin birləşmə insanlar üzərində sınaqdan keçiriləcək.
Dihydromyricetin (DHM) adlanan birləşmənin sirri ondan ibarətdir ki, o alkoqolun beyin reseptorlarına çatmasına mane olur və nəticədə qanda olan alkoqol lazımi effekti vermir.
Mənbə:trend.az

14 aprel 2014
GO BACK