İngilis həkim Ceyms Parkinson tərəfindən ilk dəfə 1817-ci ildə bu xəstəlik “titrək iflic” adlandırılmışdır.
AzərTAc yazır ki, beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur. Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi azalanda dopamin ifraz edilə bilmir. Nəticədə insanda titrəmə, yavaş hərəkət etmə və bədənin tarazlığının pozulması ortaya çıxır. Sonralar bu xəstəlik həmin ingilis aliminin adını daşımışdır.
Parkinson yavaş inkişaf edən bir xəstəlikdir. Bu xəstəlik 50-60 yaş arası adamlar arasında başlayır və getdikcə kəskinləşir.
Amerikanın Rutgers Universitetinin alimləri uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər ki, rütubətli evlərdə yaşamaq Parkinson xəstəliyinə şərait yaradır. Həddindən artıq rütubətlilik beyində sinir hüceyrələrinin fəaliyyətinin pozulmasına və nəticədə bu xəstəliyin meydana gəlməsinə gətirib çıxarır. Daha çox evlərin divar və tavanlarında nəmişlikdən kifli hissələr əmələ gəlir. Yaranmış kif isə öz növbəsində “göbələk spirit” adlanan maddə ifraz edir. Bu da insan orqanizmində dopamin adlanan ən vacib maddənin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Nevroloji mütəxəssislər dopamin olmadan əlimizi belə tərpədə bilməyəcəyimizi deyirlər. Bu maddənin çatışmazlığı artıq Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Beləliklə, Parkinson bədəndə “dopamin” adlanan maddənin çatışmazlığı nəticəsində yaranan xroniki nevroloji bir xəstəlikdir. Xəstəliyin insanlarda müşahidə edilən ən əsas əlaməti isə hərəkət sisteminin tədricən pozulmasıdır. Parkinsonizmə tutulan xəstələrin ilkin mərhələdə əllərində və ayaqlarinda titrəmə olur, sonra isə onlarda əzələlərin süstləşməsi və nitq pozğunluğu halları baş verir. Xəstələr daha çox yuxusuzluqdan, depressiyadan əziyyət çəkir, qida qəbulu zamanı udquna bilməməkdən şikayətlənirlər.
Xəstəliyin hələlik müalicəsi tapılmasa da tibb elmi bu sahədə alternativ yollar axtarır. Alimlərin araşdırmalarına görə, dünyada hər 500 adamdan birində Parkinson xəstəliyinə rast gəlinir.
Roma papası II İohann Pavel 2005-ci ildə bu xəstəlikdən dünyasını dəyişmişdir.
Mənbə:Milli.Az