Qadin.NET / Əgər niyyət edibsə...

Əgər niyyət edibsə...


Dəstəmaz aldıqdan sonra günorta namazlarını qılıb, daha sonra axşam namazlarını da eyni dəstəmazla qılmaq olarmı?
 
Milli.Az İslam.az-a istinadən bildirir ki, bunun heç bir maneəsi yoxdur. Dəstəmaz pozulana kimi onunla istənilən qədər namaz qılmaq olar. Amma bu zaman niyyətə diqqət yetirmək lazımdır. Əgər adam dəstəmaz alarkən, “filan namazı qılmaq üçün dəstəmaz alıram, qürbətən iləllah” deyə niyyət edibsə, o halda yalnız həmin namazı bu dəstəmazla qıla bilər. 

Başqa namaz qılmaq üçün dəstəmazı təzələməlidir (dəstəmazı pozan hadisə baş verməsə də). Amma “pak olmaq üçün dəstəmaz alıram qürbətən iləllah” deyə niyyət etsə, yəni namazı konkret olaraq müəyyən etməsə, həmin dəstəmazla istənilən qədər namaz qıla bilər.
 
Mənbə:Milli.Az

14 aprel 2014
GO BACK