Qadin.NET / Çinlilər saxta yumurta istehsal ediblər

Çinlilər saxta yumurta istehsal ediblər

Çinlilər saxta yumurta istehsal ediblər

Saxta məhsullar hazırlamaqda məşhur olan çinlilər indi də saxta yumurta istehsal etməyə müvəffəq olublar. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün "saxta yumurta kursları" açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb.

Məhz həmin kursa gizli yolla daxil olan honqkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib.

Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.

Mənbə:trend.az

 

14 aprel 2014
GO BACK