Qadin.NET / Yumurta sarısı qadına ana olmaqda kömək edib

Yumurta sarısı qadına ana olmaqda kömək edib

Yumurta sarısı qadına ana olmaqda kömək edib

Nottingem şəhərindən olan ingilislər Linn və Endi Blekuellər evləndikdən sonra səkkiz il ərzində dünyaya uşaq gətirmək üçün uğursuz cəhdlər ediblər. Təbii yolla mayalanmanın baş vermədiyi məlum olduqdan sonra onlar EKO proseduru aparan tibb işçilərinə müraciət etsələr də bu, heç bir nəticə verməyib. Trend-in məlumatına görə, bu barədə /Utro.ru/ saytı yazıb.

Ər-arvad reproduktiv texnologiyalı müxtəlif klinikalarda müayinələrə və müalicəyə 15 min funt sterlinqdən artıq vəsait xərcləyiblər. Lakin həkimlər sonsuzluğun səbəbini izah etməkdə aciz qaldıqlarını bildiriblər. Nəhayət, onlar bu "tapmaca"nın cavabını tapan doktor Corc Ndukvenin qəbuluna düşüblər.

Məlum olub ki, sonsuzluğa səbəb Linnin immun sisteminin işinin pozulmasıdır. İmmun sistemi mayalanmış hüceyrəni yad orqanizm hesab edərək onu məhv edir. İmmunitetin zəifləməsi üçün Linnə yumurta sarısının cövhəri və soya yağı əsasında hazırlanmış xüsusi zərdab vurulub. Bundan sonra o hamilə qalmağa müyəssər olub.

Həkimlər ananın immun sisteminin işi üzərində bütün hamiləlik dövrü ərzində nəzarət aparıblar və nəticədə onların tamamilə sağlam oğlan uşaqları dünyaya gəlib. Xoşbəxt valideynlər onun adını Martin qoyublar.

Mənbə:trend.az

 

13 aprel 2014
GO BACK