Qadin.NET / Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir

Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir

Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir

Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir. Belə nəticə ABŞ-ın Xərçəng Araşdırmaları İnstitutunun illik konfransına təqdim edilən tədqiqatda səsləndirilib. Tədqiqat müəllifləri əmindirlər ki, il ərzində süd vəzisi və bağırsaq xərçəngi ilə bağlı 92 min fakt məhz fiziki yükləmənin çatışmazlığı ilə bağlıdır. Onların sözlərinə görə, stulda və ya divanda keçirilən hər bir saat mütləq iki dəqiqəlik fiziki aktivliklə əvəz olunmalıdır. Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən xəbər verir.

Tədqiqatın rəhbəri Kanadanın "Alberta Health Services Cancer Care" təşkilatından Kristin Fridenreyxin sözlərinə görə, menopauza dövrü yaşayan qadınların vəziyyətinin analizi bir faktı təsdiq edir ki, hər gün hətta qısamüddətli gəzinti xərçəng riski ilə müşahidə olunan bəzi göstəricilərin, hormonlar da daxil olmaqla, iltihab və piylənmə xəstəliyinə tutulma qabiliyyətini azaltmağa kömək edir.

Əgər süd vəzisi və bağırsaq xərçəngindən danışsaq, bu zaman fiziki aktivliyin yüksək səviyyəsi xəstələnmə riskini 25-30 faiz azaldır.

Lakin Avstraliyadakı Ürək və Diabet İnstitutunda aparılan digər tədqiqatlar göstərir ki, hətta məşqlər belə oturaq həyat tərzi keçirən insanları xilas etmir. Ona görə də ekspertlər qısa fasilələr etməyi, yəni qalxmağı, gəzməyi tövsiyə edirlər.

Ancaq statistika müasir insanın stuldan həvəssiz ayrıldığını göstərir. Gün ərzində o, nahar edərkən, işləyərkən, televizora baxarkən 9 saata yaxın oturur. Belə ki, ofis işçiləri fiziki aktivliyə 30 dəqiqədən az vaxt ayırmaqla, öz iş vaxtlarının 75 faizini oturaq tərzdə keçirə bilirlər.

Mənbə:trend.az

 

13 aprel 2014
GO BACK