Qadin.NET / Cənabət qüslü alandan sonra eyni paltarda namaz qılmaq olarmı?

Cənabət qüslü alandan sonra eyni paltarda namaz qılmaq olarmı?


Əgər paltar məniyə (spermaya) bulaşmayıbsa, onunla namaz qılmaq olar. Əgər bulaşıbsa, həmin yeri yuyub pak etmək lazımdır.
 
Milli.Az İslam.az-a istinadən bildirir ki, cəfəri məzhəbində müctəhidlərin əksəriyyətinin fətvasına görə, ehtiyata əsasən, haramdan cünub olmuş adamın təri ilə namaz qılmaq olmaz. Haramdan cünub olmaq dedikdə, məsələn, zina, istimna (onanizm), heyzli qadınla əlaqə, ramazan ayında gündüz vaxtı əlaqə və sairə haram yollarla cünub olmaq nəzərdə tutulur.
 
Bu zaman adam qüsl alana kimi tərləsə və tər paltarına hopsa, paltar quruyana kimi onunla namaz qıla bilməz. Həmin tərli paltarla başqa adam da namaz qıla bilməz. Bu tər öz-özlüyündə murdar deyil, amma namaz qılmağa maneədir.
 
Əksər müctəhidlərin fətvası belədir. Ayətullahül-üzma Sistani haramdan cünüb olmuş adamın təri ilə namaz qılmağa icazə verir.
 
Mənbə:Milli.Az

13 aprel 2014
GO BACK