İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi Bəhruz Zare Mirzayi Trend-ə bildirib ki, yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar.Onun sözlərinə görə, yanğın nəticəsində ciddi xəsarət alanlar arasında azərbaycanlılar yoxdu, ancaq 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb.Mirzayi bildirib ki, pasportu yanmış şəxslərin vətənə qayıdması üçün İranın XİN-nin Ərdəbildəki nümayəndəliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə birgə müvafiq işlər görüb.İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, Azərbaycanlı zəvvarlar üçün İran XİN-nin Ərdəbil nümayəndəliyi tərəfindən avtobus tutulub və yaxın zamanda onlar Azərbaycan sərhədini keçəcəklər.Qeyd edək ki, azərbaycanlı zəvvarlarının da olduğu İraqın Kərbəla şəhərinin ziyarətindən vətənə geri dönən avtobus İranın Ərdəbil əyalətində yanıb.İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib ki, 41 nəfər xəsarət alıb. Bu barədə Trend İSNA agentliyinə istinadən məlumat verib.Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.
Mənbə: Trend.Az