Qadin.NET / Afrika dünyaya ölümcül virus yayır

Afrika dünyaya ölümcül virus yayır

Arikada ölümcül ebola virusuna yoluxanların sayı artmaqda davam edir. Qitədə bu xəstəlikdən ölənlərin sayı artıq 100-ü keçib. 
Milli.Az anspress-ə istinadən xəbər verir ki, xəstəliyin xaricdə yayılmaması üçün yerli hökümət aeroportda termal baxış kamerası yerləşdirib. Bədən temperaturunu canlı şəkildə görüntülüyən bu aparat sayəsində Qvineyanı tərk edən sərnişinlər arasında ölümcül virusu müəyyən etmək olur. 
Sərhədsiz həkimlər təşkilatında əmin edirlər ki, vaxtında edilən müdaxilə, xəstəni ölümdən xilas edə bilər. Qərbi Afrikada baş qaldırmış bu təhlükəli qızdırma növü indiyə qədər belə sürətlə yayılmadığından Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətdən narahatlığını bildirib. Hava-su yolu ilə asan yoluxma hallarının, demək olar ki, 90 faizi ölümlə nəticələnir. 
Xəstəliyin daha çox yayılma riskinin qarşısını almağa çalışan "Sərhədsiz həkimlər" qrupunun səyləri ilə xəstələr üçün ayrıca karantin mərkəzləri qurulacaq. Onlarla yaxın təmasda olanların siyahısı çıxarılaraq, içlərində ebola şübhəsi daşıyanlar müalicə ediləcəklər.
Xəstələr bu xəstəliyi çox asan yoluxdura bilirlər. İlk olaraq 1976-cı ildə Konqoda görülən və adı Afrikadakı bir göldən götürülən ebola virusu; ishal, qanama, dəri töküntüləri və yüksək bədən tempraturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asan keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.

Mənbə: Milli.Az

13 aprel 2014
GO BACK