Qadin.NET / "Quş qripi" qayıdır

"Quş qripi" qayıdır

Yaponiyada "quş qripi" epidemiyası yenidən baş qaldırıb. Yaponiya hökuməti bir müddət əvvəl "quş qripi"nə yoluxma faktlarının ortaya çıxdığı quşçuluq fermalarında sınaqların nəticələri təsdiqləndikdən sonra iki fermada 112 min quşun məhv edilməsinə göstəriş verib. 
Milli.Az anspress-ə istinadən xəbər verir ki, H5 virusu ilk olaraq, Yaponiyanın cənubundakı Kumamoto prefekturasında quşçuluq fermasında aşkar edilmişdi. Burada artıq virusdan 1000-dən çox quş tələf olub. 
Yaponiyanın kənd təsərrüfatı naziri virusun aşkar edildiyi quşçuluq fermaları ətrafında 3 kilometr radiusda karantin bölgəsinin təyin edilməsinə göstəriş verib. Həmin fermalardan quş və yumurta aparılması da qadağan edilib.

Mənbə: Milli.Az

13 aprel 2014
GO BACK