Çində aparılan araşdırma həftədə iki dəfə çiy sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin yüzdə 44 nisbətində az olduğunu göstərib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Sarımsağın siqaret çəkənlərdə və ya tüstüyə məruz qalanlarda belə, bu riski təxminən yüzdə 30 nisbətində azaltdığı bildirilir.
Pişmiş sarımsağın isə həmin nəticələri verib-vermədiyi hələ məlum deyil.
Araşdırma "Cancer Prevention Research" nəşrində dərc olunub.
Mənbə:trend.az